Bu gün “Holiday İnn Baku” otelində “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda keçirilən konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev diplomatik skandala səbəb olacaq fikir səsləndirib. Bu barədə 24saat.org xəbər verir.
Nazirlik olaraq qonşu dövlətlərin də turizm imkan və inkişafını izlədiklərini bildirən Ə.Qarayev Rusiya, Ermənistan, Gürcüstan, Abxaziya və s. dövlətlərdəki vəziyyətin nəzarətdə saxlanıldığını, bu dövlətlərin turizm sektoundakı artıb-azalmaların təqib edildiyini bildirib. Nazir dediklərinin isbatı kimi konfrans iştirakçılarına xüsusi cədvəl də nümayiş etdirib.
Ə.Qarayevin bir sıra dövlətlərlə yanaşı Abxaziyanın turizm sənayesinin də bir dövlət olaraq tədqiq edilməsi fikri maraq doğurur və bu, diplomatik skandala səbəb ola biləcək bir açıqlamadır. Çünki Gürcüstandan ayrılan və öz müstəqilliyini elan edən Abxaziya dünya dövlətləri, eləcə də Azərbaycan tərəfindən tanınmayıb. Belə olan halda Ə. Qarayevin Abxaziyanı turizm imkanlarını ayrıca bir dövlət olaraq tədqiq etməsi Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə açıq hörmətsizlik kimi dəyərləndirilə bilər ki, bu da rəsmi Bakı üçün əlavə başağrısı deməkdir.
Məlumat üçün qeyd edək ki, Rusiyanın hərbi-siyasi dəstəyi ilə müstəqilliyini elan edən Abxaziyanı müstəqil dövlət kimi yalnız Rusiya, Nikaraqua, Venesuela, Nauru və Vanuatu tanıyır.
Azadlıq.az
Turizm nazirindən siyasi skandal yaradacaq səhv – Qalmaqallı açıqlama
13-07-2016
Daha fazla CəmiyyətCəmiyyət kategorisinden daha fazla yazı »
Daha fazla MədəniyyətMədəniyyət kategorisinden daha fazla yazı »
- Hebs edilen reisin selahiyyetlerini icra eden sexs melum olub
- Hebs edilen reis muavininin selahiyyetlerini icra eden sexs melum olub
- Daskesende 3000 min il bundan evvele aid dini ibadetgah yeri askar edilib
- İtaliyada 77-ci Venesiya kino festivalina yekun vurulub
- Turkiyeli aktyorun koronavirusdan olduyu melum olub
Azərbaycanlı nazirlərin böyük əksəriyyətinin kəmsavad və kütbeyin olduqları heç kimə sirr deyil! Xüsusilə də Əbülfəz Qarayev kimi bir dələduzun kimliyi barədə danışmağa belə dəyməz!