Azadlıq.az xəbər verirki, bir neçə gün əvvəl sosial şəbəkələrdə qalmaqallı bir video yayılmışdı. Videonun mövzusu; Bakıda avtobus sürücüsü fiziki məhdudiyyətli şəxsi gördükdən sonra avtobusu dayandırmayıb. Reportyor Mehman Hüseynov avtobusu saxlayaraq sürücüdən bunun səbəbini soruşub və onunla mübahisə edib. Sonda sürücü qapıları açıb. Əlillər üçün nəzərdə tutulmuş hissə də açılıb. Bundan sonra fiziki məhdudiyyətli şəxs avtobusa minə bilib.
Elçin Əfəndi isə bunu şou olaraq adlandırır.
Azadlıq.az-ın verdiyi xəbərə görə, bununla bağlı ANS telekanalında verilişdə Mehman Hüseynov və Elçin Əfəndi qarşı qarşıya gəldi.
Verilişin ikinci hissəsində isə Bəhram Bağırzadə və Elmir Əkbər bu mövzu haqqında fikirlərini bildirib.
ANS kanalı isə ölkədəki problemlərdən danışan Mehman Hüseynov-un səsini tez tez kəsib və yayımlamayıb. Youtube-da yayımlanan videoyu saytımıza embed ilə yerləşdirdik. Video-nu aşağıda izləyəbilərsiniz.
ANS canlı yayımda qalmaqal – Video
27-03-2015
Daha fazla CəmiyyətCəmiyyət kategorisinden daha fazla yazı »