İçeriğe geçmek için "Enter"a basın

Fransada qəzaya uğrayan təyyarənin köməkçi pilotu İŞİD-çi olub?

27-03-2015

fransaaa
Barselona-Düsseldorf səfəri zamanı Fransada qəzaya düşən “Germanwings” şirkətinə məxsus təyyarənin pilotu ilə bağlı şok məlumat yayılıb. Azadliq.az xəbər verir ki, 150 nəfəri qəsdən öldürməkdə günahlandırılan köməkçi pilotun şəxsiyyətinin açıqlanmasının ardından “Facebook”da hamını şoka salan bir paylaşma edilib.

Əsas pilotun kabinədən çıxmasından istifadə edərək qapını bağlayıb təyyarəni başı aşağı yerə salan 28 yaşlı etnik kimliyi bilinməyən Almanya vətəndaşı Andreas Lubitzin kimliyi açıqlanandan sonra İŞİD tərəfdarları “Facebook”da “İŞİD qəhrəmanı Anders Lubitzə dəstək” adlı səhifə yaradıb.

Özüylə birlikdə 150 ​​adamın ölümünə səbəb olan köməkçi pilotun fotoşəkilinin paylaşıldığı səhifədə “Allah sizi sevir” yazısı diqqət çəkib.

Görənləri şoka salan səhifə qısa bir müddət sonra “Facebook” tərəfindən bağlanılıb
Almaniya Daxili İşlər Nazirli Thomas de Maiziere isə köməkçi pilotun terrorla bağlantısı haqqında əllərində heç bir sübut olmadığını söylədi.
Almaniya polisi pilotun evini 24 saat qoruyur
lubitz
Azadliq.az

Fransada qəzaya uğrayan təyyarənin köməkçi pilotu İŞİD-çi olub?