Amerikada eBay internet mağazası gələn ilin əvvəlində PayPal ödəniş sisteminin ayrıca hüquqi şəxsə ayrılması çərçivəsində bir neçə min iş yerini ixtisar etməyi planlaşdırır.
İxtisarların şirkətin əsas bölməsinin – ticarət bölməsinin əməkdaşlarına şamil ediləcəyi bildirilir. Qeyd olunur ki, şirkət 3 min əməkdaşı və ya eBay işçi heyətinin 10 faizini işdən çıxarmağı fikirləşir.