Dağlıq Qarabağda münaqişənin həll edilməsində Moskva müstəqil olaraq fəal şəkildə fəaliyyət göstərir, eyni zamanda Vaşinqton Ermənistan və Azərbaycan arasında baş verənlərdə iştirak etmir. Rusiya hakimiyyəti Cənubi Qafqaz dövlətlərini Qərbdən uzaqlaşdıraraq bundan istifadə edir.
Oxu.az Regnum-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “The Washington Post” qəzetində dərc olunmuş yazısında qeyd edib.
Onun fikrincə, Moskva yalnız regionda öz nüfuzunu möhkəmləndirir – Rusiya prezidenti Vladimir Putin isə qətiyyətlə hərəkət edir ki, “Rusiyanın beynəlxalq nüfuzunu möhkəmləndirsin və Bakı ilə İrəvanı Qərbdən uzaqlaşdırsın”.
Brayza xatırladıb ki, Rusiya və ABŞ ATƏT-in Qarabağ münaqişəsi üzrə 1994-cü ildə yaradılmış, Minsk qrupu çərçivəsində əməkdaşlığa davam edirdilər və məqalənin müəllifi də onun işində 2006-cı ildən 2009-cu ilə qədər iştirak edib. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskva və Vaşinqton arasında əməkdaşlığın olmamasından təəccüblənir.
“Bir çox ermənilər və azərbaycanlılar xarici oyunçunun öz dar siyasi maraqlarına görə, yerli hərbi rəisləri münaqişənin bərpasına sövq edəcəklərindən qorxublar”, – Brayza yazır.
Putin intensiv diplomatiya aparmaqla vəziyyəti nəzarət altına alır, Obama isə buna uyğun heç bir maraq nümayiş etdirmir.
Ağ Ev son hadisələrlə bağlı, hətta rəsmi bəyanat verməyib. Eyni zamanda Dövlət Departamentinin fəaliyyəti hadisənin dəhşətini əks etdirməyən yeni bir bəyanat verməklə və Con Kerinin rusiyalı həmkarı ilə bir neçə telefon danışığı aparması ilə məhdudlaşıb, Brayza yazır.
Məqalənin müəllifi hesab edir ki, regiona belə diqqətsizlik Putinə Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya və Xəzərin enerji təminatçılarını birləşdirən regionda fəaliyyət göstərməyə imkan yaradır. Kreml bu regionu öz məqsədləri üçün istifadə edir.
“Qarabağdakı vəziyyətə Vladimir Putin nəzarət edir”
13-04-2016
Daha fazla DünyaDünya kategorisinden daha fazla yazı »
Daha fazla HərbiHərbi kategorisinden daha fazla yazı »