İçeriğe geçmek için "Enter"a basın

“Demirbank” işə qəbul e’lanı verib – VAKANSİYA

20-03-2015

demir“Dəmirbank” “Təchizat şöbəsinin müdiri” vəzifəsinə işə qəbul elan edib. Namizədlər ali iqtisadi və yaxud texniki təhsilli olmalı, Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı danışmağı, ofis proqramlarında işləməyi bacarmalı, SAP Materials Management sistemi üzrə biliklərə malik olmalıdır. İnkişaf etmiş texniki və kommersiya biliyi, müvafiq sahədə, o cümlədən müqavilələrlə iş üzrə təcrübə tələb olunur. ISM setifikatı olanlara üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri:
– Biznes bölmələrlə sıx əməkdaşlıq şəraitində həmin bölmələrin zəruri materiallarla təmin edilməsi üzrə layihələrin hazırlanmasında iştirak edillməsi və həvalə olunan layihələrin idarə edilməsinin həyata keçirilməsi;
– Tabe olduğu və ya digər biznes menecerlərə davamlı satınalmalar üzrə proses və strategiyaların hazırlanması üçün təşəbbüslərin təqdim olunması;
– Biznes tələblərlərə mövcud resurslara, müqavilə şərtlərinə və maretinq imkanlarına uyğun şəkildə illik təchizat planının tərtib olunması;
– Təchizat üzrə müqavilələrin bağlanması üzrə keyfiyyət, qiymət, xidmət və risklərin azaldılması üçün ən optimal kombinasiyanın əldə olunması üçün danışıqların aparılması;
– Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
– Bankın tələbatına əsasən əsas vəsaitlər, inventar və ləvazimatların satın alınması;
– Möhür və ştampların hazırlanması üçün və ciddi uçot blanklarının sifariş verilməsi və onların ləğv edilməsi;
– Poliqrafik materialların çap edilməsi məqsədi ilə onların sifariş verilməsi;
– Təlimlərin təchizatı ilə bağlı işlərin yerinə yetirilməsi;
– Anbar uçotu və əsas vəsaitlərin uçotuna nəzarət edilməsi;
– İnventarizasiya işi və inventarların daxili yerdəyişməsinə nəzarət edilməsi;
– Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması.
Maraqlananlar öz CV-lərini martın 31-nə qədər hr@demirbank.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı qeyd olunmalıdır.
Azadliq.az

2 Yorum

  1. Cavid 14/04/2015

    Adim Cavid,Azerbaycan Beynalxalq Bankinda emeliyyatci sobesinde islemisem.Finca BOKT da kredit mutexesisi islemisem.Stajim var.Bank sistemini bilirem

  2. Türkan 20/05/2015

    Menim adim Türkan.Baki Dovlet Universitetinin fizika fakultesin 2015mezunuyam.

Yorumlar kapatıldı.

“Demirbank” işə qəbul e’lanı verib – VAKANSİYA