17:24
Qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.
Azadliq.az Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıblar.
Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.
Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o, özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaqdır.
Müdafiə Nazirliyi bildirir ki, cəbhədəki döyüş toqquşması barədə təsdiqedici materiallar əlavə olaraq təqdim ediləcəkdir.
———
17:14
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 3 erməni hərbi qulluqçu ölüb, daha 4 əsgər yaralanıb. Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.
Ölən hərbi qulluqçular 1996-cı il təvəllüdlü Akop Qaqikoviç Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Qaqikoviç Ayrapetyan və 1995-ci il təvəllüdlü Arşak Karenoviç Arutyunyandır.
———
16:12
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 3 erməni hərbçi ölüb.
Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.
Azadliq.az
Tarixdə erməni adlı bir dövlət olmayıb.Həmişə onun-bunun
hesabına yaşayıblar.Hara gediblərsə orada yer torpaq iddiasın
da olublar.Həmiş özlərini yazıq,məsum kimi göstəriblər.Çox
təəssüflər olsun ki,bu köçəri ,mənşəyi bilinməyən bu toplum
bizim bəxtimizə gəlib Azərbaycan torpaqlarında məskunlaşıb
ermeninin gözi görüm kor olsun
ağzındaki şirin şerbet şor olsun
balda yese zeher olsun çor olsun
ağzımızın dadın qapıb apardi
ürekleri çekib kökden qopardi
biz milletler çox qalqanlar biçmişik
aci aci içkileri içmişik
ama daha bu günleri keçmişik
indi bizim ofoq açıb ışıqdi
bizim daha qible qapi açıqdi
YAŞASIN AZERBAYCAN