Ermənistan ordusu bu günlər Azərbaycanın Ağdərə rayonunda böyük itki verib.
Anspress-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə martın 15-16-da baş verib. Ermənistan ordusunda 3 nəfərin öldüyü bildirilir. Erməni mətbuatı bu səhər Ağdərənin Talış kəndi yaxınlığında həlak olmuş erməni əsgərlərin adlarını açıqlayıb. Hələ ki, üç əsgərin adı açıqlanır. Bunlar 1996-cı il təvəllüdlü Hakop Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Hayrapetyan, 1995-ci il təvəllüdlü Arşak Harutunyandır.
Ermənistanın tanınmış jurnalisti Romella Mnasakanyan isə deyib ki, Ermənistan ordusu Ağdərənin Talış kəndində bu gün 10 nəfər itki verib.
“Ermənistan rəhbərliyi erməni anaların qəzəbindən qorxaraq itkini gizlədir”, – deyə Romella Mnasakanyan vurğulayır.
Azadliq.az