İçeriğe geçmek için "Enter"a basın

Ankarada yaşayan musiqiçi Britaniyalı miqrant Avropaya səsləndi

14-03-2016

teylor
“Siz Şarli oldunuz, siz Paris oldunuz, bəs, Ankara da olacaqsınızmı?”

Ankarada yaşayan britaniyalı emiqrant Ceyms Teylor facebook-da Türkiyəyə təsirli dəstək statusu paylaşıb və Avropa toplumuna səslənib.

Musavat.com xəbər verir ki, statusda o, insanları Ankaradakı 13 mart terror aktının acısını birgə yaşamağa çağırıb. Həmin terror olayı zamanı 37 dinc sakin ( 2-si terrorist olduğu düşünülür) həlak olub, 127 nəfər yaralanıb.

“Bəlkə bu, Türkiyədən məlumatı olmayanların və ya belə teraktlardan məsafə saxlayanların gözlərini açdı. O axşam partlayış şəhər mərkəzinin ən sıx əhalisi olan rayonlarından birində, adamların evlərinə getmək üçün avtobus gözlədiyi çoxsaylı avtobus dayanacaqlarının yanında, insanların çay içib, yorğunluqlarını çıxardığı parkın yanında baş verdi. Bu, elə Nortqemptondakı Debenxamsda və ya Birminqemin Nyu Streetində və yaxud Londonun Pikadillisində partlayan bombanın eynisidir.

Bunu təsəvvürə gətirə bilərsinuizmi? Təsəvvür edin ki, hər gün keçdiyiniz ərazi, istifadə elədiyiniz avtobus dayanacağı, keçdiyiniz yol məhv edilir. Bu qurbanları təsəvvürə gətirə bilərsinizmi: evə yollanmaq üçün avtobus gözləyən yeniyetmələr, şəhərdə gəzən baba və nənə, bütün günü ünsiyyətdə olduqdan, deyib-güldükdən sonra taksi gözləyən adamlar…

İndi isə təsəvvür edin ki, onlar ingilis idilər və terror da İngiltərədə baş verib. Onlar hər gün yolunuzun üstündə rastlaşdığınız, mənim və sizin kimi adi, xoşbəxt insanlar idilər. Onlar ailələr, polis nəfərləri, rəssamlar, sevgili cütlüklər idilər. Bəlkə onlar sizin də dostlarınız idilər. Onlar heç nə ilə fərqlənmirlər. Amma onlar türk idilər.
Azadliq.az

Ankarada yaşayan musiqiçi Britaniyalı miqrant Avropaya səsləndi