İçeriğe geçmek için "Enter"a basın

Sumqayıt yolundakı kafelər sökülə bilər

18-03-2015

suraxanı

Novxanı çimərliyindən Sumqayıta gedən magistral yolun dənizə doğru hissəsinin genişləndiriməsi bəzi iş adamlarını sözün həqiqi mənasında təlaşa salıb. Bununla bağlı Moderator.az-ı bilgiləndirən etibarlı mənbənin sözlərinə görə, buna səbəb bəzi kafelərin sökülə biləcəyi ehtmalıdır:
“Novxanı çimərliyindən Sumqayıta gedən magistral yolun genişləndirilməsi məsələsi əvvəllər də gündəmdə olsa da, ictimai iaşə obyektlərinin sahibləri tərəfindən o qədər də ciddi qəbul edilmirdi. Lakin son bir həftədir ki, əraziyə çoxlu sayda ağır texnika cəlb edilib ki, bu texnika yolun dənizə doğru olan hissəsini genişləndirməklə məşğuldur. Yeni layihə məlum ərazidə fəaliyyət göstərən təxinən 20-yə qədər obyektin sahibində ciddi narahatlıq doğurmaqdadır. Çünki bu layihənin reallaşması həmin obyektlərin sökülməsini zəruri edir.
Narahatlığa digər bir səbəb isə bu obyektlərin böyük əksəriyyətinin mülkiyyət şəhadətnaməsinə malik olmamasıdır. Hansı ki, məhz bu cür sənədsiz obyektlərin söküləcəyi təqdirdə sahibkarlara heç bir kompensasiyanın verilməyəcəyi bildirilir. Sahibkarlar isə iddia edir ki, onlar artan rəqabətə davam gətirmək üçün hər il obyektlərin modernləşdirilməsinə və xidmət səviyyəsinin yüksəldilməsinə külli miqdarda vəsait sərf edirlər. Yeni mövsümün başlanğıcında kafelərin hətta qismən belə sökülməsi onların müflis olmasına gətirib çıxarda bilər”.
Məlumat üçün qeyd edək ki, artıq yolun Novxanı çimərliyi hissəsində avtomobil hərəkətini tənzimləmək üçün dairə yaradılıb ki, bu da sürücülərə işıqforsuz da avtomobili təhlükəsiz şəraitdə idarə etməyə imkan verəcək
Azadliq.az

Sumqayıt yolundakı kafelər sökülə bilər