Cəlilabad rayonunun icra başçısı Əziz Əzizovun onu tənqid edənləri cəzalandırma üsulu hər kəsi şoka salıb.
Bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısı onun haqqında Facebook-da status yazan gəncləri yanına çağırtdırıb, onları dinləyir. Sonra isə onların keçəl edilməsi əmrini verir.
Qeyd olunur ki, daha sonra həmin gənclərin ona problem yaratmaması üçün 15-20 günlük müddətə həbs etdirir ki, gəncin başına tük gəlsin.
Modern.az yayılan xəbərlə əlqədar cəlilabadlı jurnalistlərdən münasibət öyrənib.
“Azadinforum” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev hadisə barədə xəbər eşitməsə də, icra başçısının bu hərəkətinin yolverilməz olduğunu bildirib.
“Azərbaycan demokratik ölkədir və burada hər bir şəxsin məmur haqqında söz demək hüququ var. Konkret Cəlilabad rayonunun icra başçısının gənclərə bu cür rəftarına rast gəlməmişəm. Ola bilsin var, belədirsə, bu ciddi qınanılası haldır, düzgün addım deyil”.
Azadliq.az
Cəlilabad icra başçısından görünməmiş cəza üsulu – Onu tənqid edənlərin başını qırxdırır…
10-03-2016
Daha fazla CəmiyyətCəmiyyət kategorisinden daha fazla yazı »
Daha fazla SiyasətSiyasət kategorisinden daha fazla yazı »
- Prezidentin komekcisi QHT sedrleri ile gorusub
- Ukrayna Azerbaycanla emekdasligi tehlukesizlik strategiyasina daxil edib
- Bas prokuror ve deputat yeni vezifeye secilib
- Azerbaycan ve Turkiye qiricilari Naxcivan uzerinde ucuslar kecirib
- Gencede Bakinin azad edilmesinin 102-ci ildonumu ile bagli tedbir kecirilib