İçeriğe geçmek için "Enter"a basın

170 minlik qalmaqalla bağlı yeni ittiham“ – Təqdimatı Hicran Hüseynova hazırlayıb”

04-03-2016

hıcran
“Müvəkkilim oktyabrda Hicran Hüseynovanın yanında olanda tədbir görülsəydi, indi onu kənarda axtarmağa ehtiyac qalmazdı“

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsilə bağlı 170 minlik qalmaqalın detalları araşdırıldıqca yeni və daha maraqlı məqamlar üzə çıxır. Məsələn, indi məlum olur ki, sən demə, Eynur Kərimov adlı vətəndaşın 170 min manatını mənimsəməkdə ittiham olunan Aparat rəhbəri Səfər İmanov uzun müddət komitədə Tender Komissiyasının sədri olub.
Eynur Kərimovun vəkil Kamandar Nəsibov bu barədə “Azadlıq“a danışarkən yada salır ki, Komitə Səfər İmanovun fəaliyyəti dövründə inzibati pozuntulara yol verdiyi üçün sədr Hicran Hüseynova tərəfindən iki dəfə töhmət verilməsi barədə məlumat yayıb. Araşdırma zamanı məlum olub ki, həqiqətən də Aparat rəhbəri Səfər İmanova fəaliyyəti dövründə töhmət verilib. Maraqlısı budur ki, töhmət alan Aparat rəhbərinin təltif olunması üçün dövlət başçısı İlham Əliyevə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən təqdimat hazırlanıb.
“Həmin təqdimata əsasən, İmanov Səfər Bəbir oğlu prezidentin 25 yanvar 2011-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Aydın məsələdir ki, Səfər İmanovun təltif olunması ilə bağlı ölkə başçısına təqdimat hazırlayarkən onun töhmət alması gizlədilib“, – deyə Kamandar Nəsibov bildirib.
Vəkil 170 minlik mənimsəmə faktı üzə çıxandan sonra Komitə sədri Hicran Hüseynovanın mediaya müsahibəsində dediklərini yada salır. Qeyd edək ki, Hicran Hüseynova rəhbərlik etdiyi qurumun sabiq Aparat rəhbəri Səfər İmanovun hüquq–mühafizə orqanları tərəfindən tapılıb ölkəyə gətirilməsini istədiyini bildirmişdi: “Sual vermək istəyirəm, nə üçün müvəkkilim 2015-ci il oktyabrın 22-də verdiyi pulu almaq üçün Hicran Hüseynovanın yanında olarkən komitə sədri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmədi? Səfər İmanov o zaman vəzifəsində idi. Onu kənarda axtarmağa ehtiyac yox idi“.
Kamandar Nəsibov onu da qeyd edir ki, Səfər İmanov ailə üzvlərilə birlikdə ölkəni tərk edib: “Eynur Kərimov bildirir ki, Səfər İmanovun 4 azyaşlı uşağı var. Əldə etdiyimiz məlumata görə, uşaqlardan üçü məktəblidir, biri isə təxminən 3-4 yaşındadır. Bir hüquq müdafiəçisi kimi, məndə böyük təəccüb doğurur ki, bu gün ölkədə ailə, qadın və uşaq problemləri üzrə dövlət siyasətini həyata keçirən bir qurumun rəhbəri 4 azyaşlı uşağın hüquqlarını pozaraq, onların ölkədən didərgin düşmələrinə, haqları olan təhsildən uzaqlaşmalarına səbəb olub. Səfər İmanov ölkəni həyat yoldaşı və dörd azyaşlı uşağı ilə birlikdə tərk edib. Və yaxud, bu gün komitə rəsmiləri tərəfindən dələduz kimi qələmə verilən Səfər İmanov necə olub ki, uzun müddət Tender Kommissiyasının sədri olub?

170 minlik qalmaqalla bağlı yeni ittiham“ – Təqdimatı Hicran Hüseynova hazırlayıb”