İçeriğe geçmek için "Enter"a basın

Komitə sədrinin 100 minlik qol saatı – Vəkil Aslan İsmayılovun araşdırması (FOTO)

03-03-2016

aslann
Tanınmış vəkil Aslan İsmayılov yüksək postları tutan Azərbaycan məmurları ilə bağlı maraqlı bir araşdırma aparır. AzPolitika.info-nun məlumatına görə, vəkil, fotolar əsasında məmurların taxdıqları qol saatlarının markasını və qiymətini müəyyənləşdirir və bu barədə özünün “Facebook” səhifəsi üzərindən məlumat paylaşır.

A.İsmayılov sonuncu dəfə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı kiçik araşdırmasını paylaşıb. Vəkil bugünkü “Facebook” postunda yazır:
“Məmurlar və onların saatları mövzusuna davam. Rəsmi maaşı 1750 AZN (1120 USD) olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, 1-ci dərəcəli dövlət müşaviri Kərəm Həsənovun 8 illik halal maaşına aldığı 100.000 ABŞ dolları dəyərində saatı”.

A.İsmayılov postuna aşağıdakı fotonu da əlavə edib:
aslan

Komitə sədrinin 100 minlik qol saatı – Vəkil Aslan İsmayılovun araşdırması (FOTO)