Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün sabah saatlarında vəfat edib.
Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.
***
Xalq artisti İlhamə Quliyevanın qəfil vəfatı müzakirələrə səbəb olub.
Teleaparıcı və xalq artistinin yaxın dostu Elgiz Əkbər İlhamə Quliyevanın öz əcəli ilə ölməsinə şübhə etdiyini bildirib:
“İlhamə Quliyeva ölməyib, öldürülüb”.
Bununla bağlı daha bir iddianı isə primadonnanın rəfiqəsi, Lider TV-nin aparıcısı Lamiyə Ələkbərova səsləndirib;
“Dünən iki saat mənimlə dərdləşdi. Onda həyatsevər əhval-ruhiyyə var idi. Gecə 23:20-də mənə zəng vurub dedi ki, 8 Mart günü efirində qonaq olmaq istəyirəm. Studiyanı gül-çiçəklə bəzəyin.
Qeyd olunur ki, xalq artistinin nəşi oğlu Orxanın təkidi ilə məhkəmə- tibbi ekspertizası üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb.
“İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Birliyinə ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”
***
Xalq artisti İlhamə Quliyevanın meyiti üzərində aparılan ekspertizanın ilkin nəticələri məlum olub.Xalq artisti İlhamə Quliyeva sabah dəfn olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuatla iş sektorunun müdiri İntiqam Hümmətov APA-ya bildirib ki, xalq artisti ilə vida mərasimi fevralın 26-da saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.
İ. Quliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, xalq artisti bu gün səhər 73 yaşında vəfat edib.
Bütün müsbət və ya mənfi tərəflərinə baxmadan İ. Quliyeva Azərbaycan mədəniyyətinə öz adını yazmış sənətkarlardan biridir. Onun ən populyar mahnılarından bir neçəsini təqdim edirik:
Azadliq.az