İçeriğe geçmek için "Enter"a basın

Türkiyəli aktyor Kvanç Tatlıtuğ Parisdə evləndi- Video

20-02-2016

kvanc
Aktyor Kıvanç Tatlıtuğ dünən sevgilisi, stilist Başak Dizerlə Parisdə evlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sadəcə 40 nəfərin qatıldığı toy mərasimində Tatlıtuğ orada səhhəti pis olduğu üçün iştirak edə bilməyən anasına sürpriz edib. O, nikahı 3G sistemi ilə canlı şəkildə Nurten Tatlıtuğa nümayiş etdirib.

Mərasimdə Başakın nikah şahidləri ortağı Deniz Marşan və fotoqraf Tamer Yılmaz olub. Kıvançın şahidliyini isə “Ay Yapım”ın rəhbəri Kerem Çatay və aktyorun uzun illərdir birgə çalışdığı Qaye Sökmen edib.

Rəsmi mərasimdən sonra dəvətlilər partiyə qatılıblar. Kıvançın qardaşları Cem, Tuqay və həyat yoldaşı Ebru, aktrisa Sedef Avcı və əri, aparıcı İlker Ayrıl və xanımı, eləcə də bir çox yaxın cütlüklər birgə əyləniblər. Həftəsonunu da Parisdə keçirəcək dəvətlilər daha sonra Türkiyəyə dönəcəklər. Yeni evlilər isə bal ayına davam edəcəklər.

Türkiyəli aktyor Kvanç Tatlıtuğ Parisdə evləndi- Video