Xətai rayonu, Gəncə prospektində yerləşən “Azəristilik ASC”nin istilik məntəqəsi bərbad vəziyyətdədir. Lakin məntəqədən başqa binanın önündə asılan Azərbaycan bayrağının durumu daha da bərbad haldadır.
“Qafqazinfo” xəbər verir ki, idarənin qarşısında asılan Azərbaycanın üç rəngli bayrağı cırılıb, yararsız vəziyyətə düşüb. İdarə tərəfindən isə bununla bağlı hələ ki, heç bir tədbir görülmür.