İçeriğe geçmek için "Enter"a basın

Nazir Ziya Məmmədovun müavininin əmlakının siyahısı açıqlandı- Korrupsiya İdarəsinə göndərildi

16-02-2016

ziya
“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişini yerinə yetirən 34 nəfər pullarını ala bilmədiklərinə görə Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə şikayət məktubu ünvanlayıb. Həmin məktubu xalqxeber.az saytına istinadən təqdim edirik:

“Hörmətli Kamran müəllim!
Əfsuslar olsun ki, bəzi hallarda dövlətin rəsmi qurumları bizim və bizimlə bir yerdə çalışıb işləri yerinə yetirən əliqabarlı fəhlələrin əmək haqlarını, gördüyümüz işlərin həcmi müqabilində bizə çatacaq pulları verməyib bizləri ağır maddi duruma salırlar.
Bu təşkilatlardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-dir. Bu təşkilatın sədri Arif Əsgərov olan dövrlərdə bu ərizədə imza atan iş adamı, Əsgərov Cavanşirin işçi qrupu 150.000 (yüz əlli) man, İbadi Rahidin işçi qrupu 60.000 man (altmış min), Əhmədli Camal Qaçay oğlunun işçi qrupu 184.600 man (yüz səksən dörd min altı yüz), pulları bu günə qədər ala bilməmişik. Biz Ağstafa, Qazax, Gəncə, Göy-Göl, Goranboy, Ləki, Quba, Ucar, Nabran və s. rayonlarda öz ailələrimizdən, evimizdən ayrı düşərək həm dövlət proqramında iştirak etmişik, həm də ailələrimizə bir parça çörək qazanmaq istəmişik. Nəzərinizə çatdırmaq istəyirik ki, biz 10 ilə yaxındır ki, “Azərbaycan Dəmir Yolları” ASC-nin nəzdində olan Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin sifarişlərini həyata keçiririk, onlarla müvafiq əmək müqavilələri imzalamışıq, ancaq bizə imza atandan sonra məlum olub ki, müqavilələrin surətlərini qəsddən bizlərdən gizlədiblər. Biz işə başlayandan sonra gördüyümüz işlərin 20-30%-ni ödədilər, səbəbini soruşanda dedilər ki, departamentin sədri Çingiz Məmmədovun qərarı belədir.
Növbəti aylarda pullarınızı alacaqsınız. Lakin belə olmadı, elə aylar oldu ki, bizə ümumiyyətlə pul vermədilər. Bəzi araşdırmalardan sonra bizə məlum oldu ki, departament rəisi Çingiz Məmmədov vəzifə səlahiyyətlərini aşmaqda ad çıxarıb. Departamentin ştatında 300 (üç yüz) nəfərə yaxın ölü “can” vardır.

Bu yolla o külli miqdarda mal-mülk sahibi olmuşdur. Onların siyahısını sizə təqdim edirik.

-Quba rayonu İ.Dağıstanlı küçəsində villa;

-Qubada restoran;

-Şabran rayonunda villa;

-Xaçmaz rayonunda d/y stansiyası yanında şadlıq sarayı;

-İsmayıllıda villa;

-Varovskidə əzəmətli villa – Koroğlü küçəsi;

-Bilgəhdə villa;

-Nabran rayonunda villa;

-Gəncə şəhəri Delavoy dvor adlanan Azərbaycan küçəsində yerləşən d/y balansında olub, sonradan Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanın adına özəlləşən 1.2 ha ərazidə olan obyektlər. Hansı ki, hal-hazırda kirayədədir.

-Mercedes GL-500 qara rəngli cip 90 AA 856, cip Lexus 5.7 qara rəng 90 AA 524 nömərli, cip Range Rover qara rəngli, cip BMW x5 ağ rəngli, cip Lexus qara rəngli.

Vaxtında pulların verilməməsi səbəbindən biz iş adamları məcbur olub banklardan evlərimizi və maşınlarımızı girov qoyub küllü miqdarda kredit götürək ki, işçilərimizin cüzi pul vəsaitlərini ödəyək. Lakin 1-ci və 2-ci dollar devalivasiyasından sonra banklara olan borcumuz 2 qat artmışdır. Sual oluna bilər ki, nəyə görə pullarınızı və şikayətinizi indiyə kimi tələb etməmisiniz? Dəfələrlə bizə söz verməklərinə baxmayaraq Çingiz Məmmədov himayədarlarına arxalanaraq pulların ödənilməsindən imtina etmişdir.
Yuxarıda qeyd olunan məbləğlərin bizə verilməyib mənimsənilməsinin drijoru departamentin rəisi Çingiz Məmmədovdur. Baxmayaraq ki, ölkə prezidenti dəfələrlə qeyd etmişdir ki, sahibkarları incitməyin, onların haqlarını mənimsəməyin, bunu qadağan edirəm. Ancaq deyəsən Çingiz Məmmədov ölkə prezidenti cənab İlham Əliyevin tapşırıqlarına belə əhəmiyyət vermir. Bizim üçün əsas məsələ çəkdiyimiz zəhmətin haqqının ödənilməsidir.

Hörmətli Kamran müəllim!
Sizdən artıq dərəcədə xahiş edirik ki, qanun çərçivəsində bizim hüquqlarımızın bərpa olunub bizim alın təri ilə qazandığımız pulların alınıb bizə verilməsinə kömək edəsiniz”.
zıya
Qeyd edək ki, Arif Əsgərov nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın kadrı hesab olunur. Bütün karyearası da Z. Məmmədovla bağlıdır. Belə ki, Ziya Məmmədov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsində işləyərkən onun yanında maliyyə və məlumat xidmətinin rəisi, 1996-2000–ci illərdə maliyyə xidmətinin rəisi, 2000-2003-cü illərdə «Tarif və nəqliyyatservis» xidmətinin rəisi vəzifələrində çalışıb.

Ziya Məmmədov nəqliyyat naziri təyin olunduqdan sonra Arif Əsgərovu öz yanına aparıb. O, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Maliyyə və kredit departamentinin rəis vəzifələrində çalışıb.

Sonradan məhz Ziya Məmmədovun təqdimatı ilə Arif Əsgərov Dövlət Dəmir Yolunun rəisi postuna gətrilib. 2004-cü ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Dəmir Yolunun ( 2009-cu ildən «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti adlanır-red.) rəisi işləyib.

Dəmiryolunun rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra da Ziya Məmmədov onu işsiz qoymayıb, özünə müavin aparıb. Belə ki, 9 fevral 2015-ci il tarixdən Arif Əsgərov nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.

Yəni, nə qazanıb, nə tikdiribsə hamısını Ziya Məmmədovun sayəsində əldə edib…

AzPolitika.info

Nazir Ziya Məmmədovun müavininin əmlakının siyahısı açıqlandı- Korrupsiya İdarəsinə göndərildi