İçeriğe geçmek için "Enter"a basın

Manatın ucuzlaşmasına etiraz mitinqinə “icazə verilməyib”

11-03-2015

manatucuzlasmasi

Müxalif alyans, Demokratik Qüvvələrin Milli Şurası, martın 15-də paytaxt Bakıda “Talana son!” şüarı ilə mitinq keçirməyi planlaşdırırdı.

Lakin Bakı şəhər icra hakimiyyəti aksiyanın keçirilməsinə icazə verməyib, Turan xəbər agentliyi yazır.
İllər ərzində Azərbaycanın neft ixracatı onun vətəndaşlarına digər keçmiş Sovet ölkələrində olmayan müəyyən iqtisadi firavanlıq bəxş edib.
Sağlam iqtisadi artım, güclü və sabit valyuta, demokratik azadlıqların olmamasına baxmayaraq, prezident İlham Əliyevə çoxluğun dəstəyini qazandırıb.
Lakin keçən ay, dünyada neftin qiymətinin düşməsi fonunda manatın devalvasiyası ictimai narazılığa səbəb olub.
Martın 15-ə planlaşdırılmış mitinq də, manatın ucuzlaşmasına etiraz aksiyası olacaqdı.
Devalvasiya: səbəbləri və təsiri
Azərbaycanın pul vahidi olan manat sərbəst şəkildə işləmir. Onun məzənnəsi ölkənin Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
Fevralın 21-də bank, manatın məzənnəsini dollara nisbətdə 33 faiz aşağı salıb. Ondan bəri məzənnədə gündəlik kiçik dəyişikliklər olub.
Bank bildirib ki, onun bu addımı Azərbaycan iqtisadiyyatının “rəqabətə davamlılığını” saxlamaq üçün atılıb.
Əliyev devalvasiyanı dəstəkləyərək bildirib ki, buna səbəb neft qiymətlərinin kəskin azalması və qonşu ölkələrin valyutalarının dəyərdən düşməsi olub.
Həmçinin oxuyun: Neft qiymətlərinin düşməsi Azərbaycan üçün niyə pis xəbərdir?
Devalvasiyanın ardından azərbaycanlı internet istifadəçiləri qiymətlərin artması ilə bağlı hökumətə etirazlarını ifadə etməyə başlayıblar.

2 Yorum

  1. dagli 11/03/2015

    NIYE GORE HOKUMET DOLLARLA GOTURULEN KREDITLER BARESINDE QERAR REBUL ETMIR

  2. Can ay yetim Mamed 12/03/2015

    Şükür ALLAHA kreditlərdən bir mənalı olaraq canım qurtalıb.Sağ əlim kreditdən əziyyət çəkənlərin başına…

Yorumlar kapatıldı.

Manatın ucuzlaşmasına etiraz mitinqinə “icazə verilməyib”