İçeriğe geçmek için "Enter"a basın

Prezident Georgi Marqvelaşvili Azərbaycanın Avropa üçün önəmindən danışdı

03-02-2016

gurcu
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında yüklərin daşınmasında vacib olan vaxtı kifayət qədər qısaldacaq”.

APA-nın verdiyi məlumata görə, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə parlamentində çıxışı zamanı deyib. O bildirib ki, Gürcüstan ölkənin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb edən tranzit funksiyasını bərpa edir: “Tarixi funksiya həyata keçirdiyimiz vacib coğrafi mövqedə yerləşirik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Ceyhan neft boru xətti və İpək Yolu ilə bağlı digər təşəbbüslər çox vacib potensialdır”.

Prezident bu kimi irimiqyaslı layihələrin təkcə region deyil, bütövlükdə Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “Biz bu layihələrin və hazırda reallaşdırılan digər məsələlərin tez bir zamanda həll olunması üçün məqsədyönlü işlər görürük. Gürcüstan hökuməti bu istiqamətdə konkret layihələr hazırlayıb”.

Parlamentin iclasında baş nazir Giorgi Kvirikaşvili, hökumət üzvləri, diplomatik korpus nümayəndələri və 107 deputat iştirak edir.

Tədbirə qatılanlar arasında Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov da var
Azadliq.az

Prezident Georgi Marqvelaşvili Azərbaycanın Avropa üçün önəmindən danışdı