İçeriğe geçmek için "Enter"a basın

Evlərin qiyməti ucuzlaşıb

14-01-2016

yaşayış
Qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb.

Manatın devalvasiyasından sonra Bakıda ev almaq istəyənlər üçün yaxşı fürsət yaranıb. Çünki mənzillərin qiymətləri xeyli dərəcədə aşağı düşüb.

Paytaxda evlər ötən ilə nisbətdə 5 faiz ucuzlaşıb.

Mütəxəssislər bildirirlər ki, qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb.

Şəhərin mərkəzi hissələrində isə ucuzlaşma daha çox müşahidə edilir.

Qiymətlərdə azalmanın hətta cari ilin 1-ci rübünün sonunadək davam edəcəyi gözlənilir. Ekspertlər gələn ilin əvvəlinə qədər əmlak bazarında canlanma yaranacağını proqnozlaşdırmırlar.

xəzərxəbər

Evlərin qiyməti ucuzlaşıb