İçeriğe geçmek için "Enter"a basın

İpoteka kreditlərinin faizi azaldılmalıdır

07-03-2015

ipoteka
Bu sözləri deputat Əli Məsimli söyləyib.
Milli Məclisin iclasında millətvəkili  Əli Məsimli bildirib ki, banklarda dollarla ödəmələrdə problemlər yaranıb. “Qorxuram ki, əlaqədar təşkilatlar bu problemin həlli prosesini uzadacaqlar. Yenə sonda bu problem Milli Məclisin üstünə atılacaq. Aidiyyəti təşkilatlar öz funksiyalarını vaxtında yerinə yetirməlidir. Mülki Məcəllədə və Konstitusiyada hesablaşmaların manatla aparılması aydın şəkildə göstərilib. Əlaqədar təşkilatlar və qurumlar hüquqi mexanizmə malikdir. Bu məsələ Milli Məclisə gəlmədən həll oluna bilər”.

Deputat ipoteka kreditlərinin məbləğinin 50 mindən 70-80 minə qədər artırılmasını, ipoteka faizlərinin isə aşağı salınmasını təklif edib. “Adi ipoteka 8 faizdən 4 faizə endirilməli, sosial ipotekanın faizləri isə 4 faizdən 3 faizə qədər azaldılmalıdır. İlkin ödənişlər də ya yumşaldılsın, ya da xüsusi bir fond yaradılsın. Bu proses inkişaf etdirilməlidir. İpoteka təkcə Bakı ilə yekunlaşmamalıdır, bu proses regionlara da tətbiq edilməlidir” – deyə deputat bildirdi.
Azadliq.az

İpoteka kreditlərinin faizi azaldılmalıdır