İçeriğe geçmek için "Enter"a basın

Papa Əliyev-ə medal verdi – Şekil

06-03-2015


06.03.2015 21:33 xeber –

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Roma Papası Fransisklə görüşüblər.

ANS PRESS-in məlumatına görə, Vatikandan verilən açıqlamada bildirilir ki, səhər saatlarında baş tutan görüş səmimi bir mühitdə keçirilib.

İki liderin Vatikan və Azərbaycan arasındakı əlaqələrin inkişafından məmnuniyyət ifadə edilməklə yanaşı görüşdə mədəniyyətlərarası və dinlərarası dialoq mövzusunda da fikir mübadiləsi aparılıb.

25 dəqiqə davam edən görüşdə İlham Əliyev Papaya Azərbaycandakı dini məkanlarla bağlı nəşr olunan kitabı hədiyyə edib. Roma Papası isə Azərbaycan prezidentinə “Sülh mələyi” medalını verib və Pyotr meydanın antik görünüşünü əks etdirən qədim sikkə də hədiyyə edib.

Dövlət başçısı həmçinin Vatikanın dövlət katibi (baş nazir) Kardinal Pietro Parol ilə də görüşüb.


Azadliq.az

Papa Əliyev-ə medal verdi – Şekil