İçeriğe geçmek için "Enter"a basın

Ramil Usubov nazirin qohumunu işdən çıxardı

11-01-2016

kemal
Daxili işlər naziri Ramil Usubov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəis müavini olan qohumunu işdən çıxarıb.
AzNews.az-a daxil olan məlumata görə, nazir Nəsimi rayon Polis Bölməsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib. Vəzifəsindən kənarlaşdırmaqla yanaşı, onun daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.
Məlumata görə, Ə.İsmayılov Nəsimi rayon Polis Bölməsinə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.
Əlövsət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.
Xatırladaq ki, Ramil Usubov ötən həftə daha bir nazirin qohumunu vəzifədən azad etmişdi. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğlu polis polkovnik-leytenantı Natiq Camalovun Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi vəzifəsindən çıxarılaraq sərəncama götürülməsi ilə bağlı əmr vermişdi.
Azadliq.az

İlk yorum yapan siz olun

  1. Etibar 11/01/2016

    Nəsimi Rayonu Polis İdarəsi var, bir də bölmələri. Söhbət hansından gedir.

Yorumlar kapatıldı.

Ramil Usubov nazirin qohumunu işdən çıxardı