İçeriğe geçmek için "Enter"a basın

Öldürülən qızıl alverçisi haqqında – Şok

08-01-2016

qazi
Bakıda qızıl alverçisini qətlə yetirən şəxslərin adları açıqlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında amansızlıqla öldürülən Namitzadə Məryam Tofiq qızının həyat yoldaşının kimliyi məlum olub.
Modern.az saytı xəbər verir ki, onun həyat yoldaşı Qarabağ qazisi Mehman Hüseynov olub. M.Hüseynov “Qızıl Məryəm”dən ayrıldıqdan sonra Bakıxanov qəsəbəsində tənha yaşayıb.
O, Azərbaycanın Qarabağ müharibəsindən bəhs edən məşhur “Fəryad” filmindəki baş qəhrəmanın prototipi olub.
Keçmiş döyüşçü Mehman Hüseynov 2015-ci ilin mayında öz evində ürək çatışmazlığından dünyasını dəyişib.
Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində – Şıx batalyonda döyüşə yollanan birinci könüllülərdən olub. O, adı çəkilən batalyonda tağım komandiri olub.
1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyətdə düşmənə əsir düşüb.
Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhum Mirzəyevin ekranlaşdırdığı “Fəryad” filminə salınıb, o, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.
Mehman Hüseynov Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tənha həyat sürürdü. Ötən ilin mayında tənha yaşadığı mənzilində də vəfat edib. Onun meyitini dostları aşkar etmişdilər. Belə ki, Qarabağ qazisinin telefon zənglərinə cavab vermədiyini görən dostları polislə onun evinə gəliblər, qapını sındırıb, mənzilə daxil olublar. Məlum olub ki, müharibənin od-alovundan keçmiş qazi Mehman Hüseynov tənha yaşadığı mənzilində keçinib…
Qeyd edək ki, M.Hüseynov xeyli müddət məmur özbaşınalığından əziyyət çəkib. Səhhəti ilə əlaqədar bir müddət Azərbaycanda olmayan Qarabağ qazisinin mənzili başqaları tərəfindən mənimsənilmişdi. Buna etiraz əlaməti olaraq o, 2006-cı ildə Bakıdakı Şəhidlər Xiyabanında uzun müddət aclıq aksiyası keçirib. Yalnız ondan sonra pozulmuş hüquqları qismən bərpa olunmuşdu.
qızıl
Azadliq.az

Öldürülən qızıl alverçisi haqqında – Şok