İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan və Ermənistan prezidentləri görüşdü – FOTO

19-12-2015

prezidentlergorusİsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.

Azadliq.az-un “Azərtac”a istinadən verdiyi məlumata görə, görüşdən sonra birgə foto çəkdirilib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.

* * * *

13:41

ATƏT-in Mİnsk qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Ermənistan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan “twitter” səhifəsində paylaşıb.

Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.

Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.

***

Hazırda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Berndə təkbətək görüş keçirilir.

APA-nın xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “twitter” səhifəsində paylaşıb.

Prezidentlərin təkbətək görüşündən sonra ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri və xarici işlər nazirlərinin iştirakı ilə geniş tərkibdə görüşdə olacaq.

Qeyd edək ki, Ermənistan Azərbaycan prezidentlərinin sonuncu görüşü 2014-cü ilin oktyabrın 27-də Parisdə baş tutub.

prezidentgorus2

prezidentgorus3

prezidentlergorus

Azərbaycan və Ermənistan prezidentləri görüşdü – FOTO