İçeriğe geçmek için "Enter"a basın

Yaddaş problemləri və həlli

02-03-2015

unutkanlik

Azadlıq.az-ın qadin sayti-na istinadən verdiyi xəbərə görə, günümüzün ən böyük problemlərindən biri yaddaşsızlıqdır. Yediyimiz qidalar, həyat tərzimiz, yuxu sistemimizdən tutmuş bir çox amilin təsirindən getdikcə daha da geriləyən yaddaşı gündəlik mənimsəyəcəyimiz elementar vərdişlər sayəsində gücləndirə bilərik.

Bəs necə? Bu problemi aradan qaldırmağın yolları hansıdır?
Harvard Tibb Universiteti müəllimi Dr. Aoron Nelson beyni çalışdıraraq yaddaş problemini aradan qaldıra bilərsiniz.

Bəzi detallara əməl etməklə yaddaşı gücləndirmək olar:

1. Stresi düzgün yönləndirin. Düzgün yönləndirilmiş və kontrol altında saxlanılan stres işə yönəlməyə və diqqətli olmağa kömək edir, fikrin dağılmasının qarşısını alır. Diqqəti gücləndirir.

2. Hər gün yeni bir şey öyrənmək beyini hərəkətdə saxlayır, yaddaşı gücləndirir, ruh yüksəkliyi hissi verir. Hər yeni bilgi və bacarıq yaddaşı gücləndirmək üçün əla məşqdir.

3. Zehinsəl fəaliyyətinizə zaman məhdudiyyəti qoymayın. Tənbəlliyi azaldın. Televizor önündə az zaman keçirin. Bu sizin eyni zamanda bədəninizə vurulan zərərlə birlikdə ruhunuza da pis təsir edir.

4. Hər gün idman etmək şərtdir. Gün ərzində idmana 30 dəqiqə zaman ayırmaq həm fiziki həm də zehni fəaliyyətinizi daha da aktivləşdirəcək. Zaman olduqca həftənin 4 günü yürüşlərə çıxmaq, 30-35 dəqiqə yürümək, daimi təmiz hava almaq ən vacib amildir.

5. Xüsusilə beyinə bu və ya digər təsiri olan dərmanlardan həkim nəzarəti olmadan istifadə etmək olmaz.

6. Meyvə-tərəvəz məhsullarından daimi istifadə etmək lazımdır. Təbii qidaların tərkibindəki vitamin və minerallar orqanizmin fəaliyyətini gücləndirir.

7. Kifayət qədər B1 vitamini , xüsusiylə B12 vitamini qəbul etmək lazımdır. B12 vitamin çatışmazlığı unutqanlığa səbəb olur.

8. Yaxşı və keyfiyyətli yuxu əsas şərtdir. Yaxşı bir yuxu aalmaq üçün ortalama 8 saat kifayətdir. Unutmamalıyıq ki, mühüm olan yuxunun kəmiyyəti yox keyfiyyətidir.
Azadliq.az

Yaddaş problemləri və həlli