İçeriğe geçmek için "Enter"a basın

Bill Qeytsin atası vəfat edib

16-09-2020

[r32]
xeber –

“Microsoft” şirkətinin banisi Bill Qeytsin atası Uilyam Qeyts 94 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Bill Qeyts öz bloqunda bildirib.

“Dünən atam evdə ailəsinin əhatəsində dinc şəkildə öldü. Onu indi ifadə edə biləcəyimizdən çox darıxacağıq. Kədər, həm də minnətdarlıq hissi keçiririk. Atamın ölümü gözlənilməz deyildi, onun 94 yaşı vardı və səhhəti pisləşirdi, ona görə də illərdir həyatımızda belə gözəl bir insana sahib olduğumuz üçün nə qədər şanslı olduğumuzu düşünməyə vaxt tapdıq” – Bill Qeyts yazıb.


mənbə :
Report.az

Bill Qeytsin atasi vefat edib