İçeriğe geçmek için "Enter"a basın

"Molde"nin kapitanı "Qarabağ"a qarşı oynayacaq?

15-09-2020

[r32]
xeber –

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Norveç “Molde”sinin kapitanı Maqnus Eykrem zədəsini sağaldıb.

“Report” “Aftenposten.no” saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə sabahkı oyuna tam hazırdır.

Norveçli futbolçu turnirin II təsnifat mərhələsinin Sloveniya “Tselye”si ilə səfər matçında (2:1) topuğundan zədə almışdı.

Qeyd edək ki, Kiprin Larnada şəhərindəki “AEK Arena”da oynanılacaq “Qarabağ” – “Molde” matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.


mənbə :
Report.az

"Molde"nin kapitani "Qarabag"a qarsi oynayacaq?