İçeriğe geçmek için "Enter"a basın

Canni De Byazi: "Sumqayıt" "Neftçi" üzərində layiqli qələbə qazandı"

15-09-2020

[r32]
xeber –

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün “Kapital Bank Arena”da “Sumqayıt”ın məşqini izləyib.

“Report”un məlumatına görə, məşqdə “gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyev və yığmanın baş administratoru İslam Abbasov da iştirak ediblər.

İtaliyalı mütəxəssis 1,5 saat davam edən hazırlıq prosesi ilə bağlı fikirlərini “Report”a açıqlayıb: “Bu, “Neftçi” ilə Premyer Liqa oyunundan sonra “Sumqayıt”ın ilk məşqidir. Hazırlıq prosesi qısa çəkdi. İnanıram ki, sabah daha çox şey görəcəyəm. Mənim üçün taktiki məsələlər daha maraqlıdır. Klubların necə məşq etdiyini görmək istəyirəm”.

“Sumqayıt” komandasının ancaq azərbaycanlı futbolçulardan təşkil olunmasına münasibət bildirən De Byazi bunu müsbət hal adlandırıb: “Klubun strategiyası belədir. “Neftçi” ilə oyunu izlədim. Çox yaxşı təsir bağışladılar və layiqli qələbə qazandılar”.

Təcrübəli mütəxəssis millinin qarşıdakı toplanışına “Sumqayıt”dan daha çox oyunçu çağıra biləcəyini istisna etməyib.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın II turunda səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.


mənbə :
Report.az

Canni De Byazi: "Sumqayit" "Neftci" uzerinde layiqli qelebe qazandi"