[r32]
xeber –
İtaliya “Milan”ının futbolçusu Zlatan İbrahimoviç ümumi qrupda məşqləri bərpa edib.
“Report”un “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, 38 yaşlı hücumçu İrlandiya “Şemrok Rovers”i ilə Avropa Liqasının II təsnifat mərhələsinin oyununda iştirak edə biləcək. Bu görüş sentyabrın 17-də səfərdə keçiriləcək.
Qeyd edək ki, Zlatan İbrahimoviç son bir neçə gündə fərdi proqram üzrə çalışıb. İsveçli forvard ayağındakı zədə üzündən “Viçentsa” və “Breşiya” ilə oyunları buraxıb.
mənbə :
Report.az