[r32]
xeber –
Gürcüstanda son sutkada daha 165 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 2 392-yə çatıb. Yoluxan şəxslərin 1 369-u sağalıb, 19 nəfəri isə vəfat edib.
Hazırda 5 882 nəfər karantin zonalarında, 390 nəfər isə tibbi nəzarətdə saxlanılır.
mənbə :
Report.az