İçeriğe geçmek için "Enter"a basın

Zərdabda iki avtomobil toqquşdu, xəsarət alan şəxs Bakıya gətirildi

13-09-2020

[r32]
xeber –

Zərdab rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmmədov İnam Aslan oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğundan sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapali kəllə-beyin travması, baş-beyin silkələnməsi və qabırğalarının sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Zerdabda iki avtomobil toqqusdu, xesaret alan sexs Bakiya getirildi