İçeriğe geçmek için "Enter"a basın

Goranboyda yol-nəqliyyat hadisəsi olub, ata və oğul xəsarət alıb

13-09-2020

[r32]
xeber –

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanqərvənd – Tərtər yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşması nəticəsində, motosikletdə olan, 1978-ci il təvəllüdlü Aftandil Teymurov və 2005-ci il təvəllüdlü oğlu Amil xəsarət alıblar.

Hər ikisi xəstəxanaya aparılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Goranboyda yol-neqliyyat hadisesi olub, ata ve ogul xesaret alib