[r32]
xeber –
Son sutkada Hindistanda koronavirusa 94 372 yoluxma qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bununla da Cənubi Asiya ölkəsində COVID-19-a yoluxma hallarının sayı 4,7 milyonu ötüb.
Nazirlik bildirib ki, pandemiyanın əvvəlindən 4 754 356 vətəndaşın koronavirusa yoluxması təsdiqlənib. Ölkədə 78 586 nəfər təhlükəli infeksiyanın qurbanı olub. Son sutkada 1 114 nəfər pandemiyanın qurbanı olub.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u pandemiya elan edib.
mənbə :
Report.az