İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanda daha bir deputat koronavirusa yoluxub

13-09-2020

[r32]
xeber –

Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, o, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edib.

Deputatın COVID-19-la bağlı testi pozitiv nəticələnib.

Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub. Hər iki deputat “Bizim Gürcüstan – Həmrəylik Alyansı” Partiyasında təmsil olunur. Siyasi təşkilatın digər liderləri özünütəcrid rejimindədirlər. 


mənbə :
Report.az

Gurcustanda daha bir deputat koronavirusa yoluxub