İçeriğe geçmek için "Enter"a basın

"Nitsa"nın hücumçusunun evi soyulub və avtomobili oğurlanıb

13-09-2020

[r32]
xeber –

Fransanın “Nitsa” futbol klubu və Danimarka yığmasının hücumçusu Danii Kasperin “Porsche” markalı avtomobili oğurlanıb və evi soyulub.

“Report”un məlumatına görə, bu barədə L’Equipe nəşri bildirib.

Nəşrin informasiyasına görə, oğurluq 22 yaşlı futbolçu milli komandada olarkən baş verib.

Futbolçunun avtomobili Nitsa aeroportuna yerləşdirilib. Oğrular onun evinə maşında qoyub getdiyi cihazın sayəsində girməyi bacarıblar.

Qeyd edilir ki, cinayətkarlar 2 min avro və bir neçə mobil telefon oğurlayıblar.


mənbə :
Report.az

"Nitsa"nin hucumcusunun evi soyulub ve avtomobili ogurlanib