İçeriğe geçmek için "Enter"a basın

Göygöldə 8 yaşlı uşaq yol qəzasında xəsarət aldı

13-09-2020

[r32]
xeber –

Göygöl rayonunda xəsarətlə nəticələnən yolnəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2012-ci il təvəllüdlü Dərgahquliyeva Əsnad Rəşad qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Goygolde 8 yasli usaq yol qezasinda xesaret aldi