[r32]
xeber –
Bərdə rayonunda xəsarətlə nəticələnən yol–nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Mehdili kəndində qeydə alınıb.
Belə ki, 1952-ci il təvəllüdlü Cəfərov Müslüm İsmi oğlu atla hərəkətdə olarkən onu “VAZ-2107” markalı minik avtomobili vurub. Nəticədə M.Cəfərov hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına yerləşdirilib, müayinə zamanı ona qapalı kəllə–beyin travması və baş beyin əziyi diaqnozları qoyulub, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. M.Cəfərov cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az