[r32]
xeber –
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Yolu keçən 1945-ci il təvəllüdlü Şükürov Adıgözəl Salman oğlunu minik avtomobili vurub.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az