İçeriğe geçmek için "Enter"a basın

Rusiyada daha 119 nəfər pandemiyanın qurbanı olub

12-09-2020

[r32]
xeber –

Rusiyada son bir gündə daha 5 488 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 057 362 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 119 nəfər artaraq 18 484-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 873 535 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 670 nəfər.


mənbə :
Report.az

Rusiyada daha 119 nefer pandemiyanin qurbani olub