[r32]
xeber –
Sabirabadda yol-nəqliyyat hadisəsində ağır xəsarət alan var.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çiçəkli kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Rəfiyev Emin Mahir oğlu atla gedərkən yük maşını vurub. Nəticədə kəllə-beyin travması alan E. Rəfiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az