İçeriğe geçmek için "Enter"a basın

Abşeronda yol qəzasında 27 yaşlı gənc ayağını itirdi

11-09-2020

[r32]
xeber –

Abşeron rayonunda sərnişin avtobusu ilə minik avtomobili  toqquşub.

“Report”un məlumatına görə, minik avtomobilində olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb.

O, əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını bud nahiyəsindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Abseronda yol qezasinda 27 yasli genc ayagini itirdi