[r32]
xeber –
“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov zədələnib.
“Report” xəbər verir ki, 28 yaşlı qolkiper Premyer Liqanın II turunda səfərdə “Neftçi”yə qarşı keçirdikləri matçda xəsarət alıb.
Azərbaycan millisinin də şərəfini qoruyan Cənnətov oyuna davam edə bilməyib və ilk hissənin sonunda onun yerinə meydana Aydın Bayramov daxil olub.
Qeyd edək ki, “Bakcell Arena”da keçirilən qarşılaşmada ilk hissə başa çatıb və “Sumqayıt” 1:0 hesabı ilə öndədir.
mənbə :
Report.az