İçeriğe geçmek için "Enter"a basın

Kürdəmirdə məktəblərin qarşısında təhlükəsizlik tədbirləri görülür

11-09-2020

[r32]
xeber –

Sentyabrın 15-dən etibarən ilkin olaraq I-IV sinif şagirdləri üçün tədris ili və körpələr üçün uşaq baxçaları fəaliyyətə başlayır. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi Sentyabrın 5-dən Oktyabrın 5-ə qədər ölkədə “Uşaq aylığı” keçirir.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayonunda da rayon  Polis Şöbəsinin DYPB-nin əməkdaşları  rayon ərazisində yerləşən məktəblərin və məktəbə qədər tədris ocaqlarının qarşısında şagirdlərin gediş-gəlişinin tam təhlükəsizliyi məqsədilə piyada keçidlərində rəngləmə işlərinə başlayıblar.

Bundan başqa rayon ərazisində istismar müddətini başa vurmuş yol nişanları da yeniləri ilə əvəz olunur.Hazırda bu işlər rayonun bütün küçə və prospektlərində  mütəşəkkil qaydada davam etdirilir.Məqsəd tədris ili ərzində baş verə biləcək avto-nəqliyyat hadisələrinin qarşısını almaq və piyadaların təhlükəsizliyini təmin etməkdir.Hazırda  Kürdəmir rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları rayon ərazisində gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.


mənbə :
Report.az

Kurdemirde mekteblerin qarsisinda tehlukesizlik tedbirleri gorulur