İçeriğe geçmek için "Enter"a basın

Bakıda keçiriləcək Avropa çempionatının iştirakçı sayı açıqlandı

11-09-2020

[r32]
xeber –

Bakıda keçiriləcək idman gimnastikası üzrə kişilər və qadınlar arasında Avropa çempionatı üçün iştirakçı sayı açıqlanıb. 

“Report”un Avropa Gimnastikasının rəsmi saytına istinadən məlumatına görə, Milli Gimnastika Arenasında dekabrın 9-da start götürəcək yarışda 39 ölkədən 324 gimnast mübarizə aparacaq. Onlardan 159-u böyüklər, 165-i yuniorlardır. Çempionat beş gün davam edəcək. 

Qadınların mübarizəsi dekabrın 17-də başlanacaq. Dörd günlük çempionatda 38 ölkədən 157-si böyüklər, 147-si yuniorlar olmaqla, 304 gimnast iştirak edəcək. 

Əslində kişilər 27 – 31 mayda Bakıda, qadınlar isə 30 aprel – 3 mayda Fransanın paytaxtı Parisdə çıxış etməli idilər. Lakin hər iki yarış koronavirus pandemiyası üzündən təxirə salınıb. 

21 – 24 mayda isə Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunmalı idi. Bu yarışın taleyinə sentyabrın 28-də aydınlıq gələcək. 


mənbə :
Report.az

Bakida kecirilecek Avropa cempionatinin istirakci sayi aciqlandi