İçeriğe geçmek için "Enter"a basın

Rusiyada koronavirusa yoluxanların sayı 1 050 000-i ötdü

11-09-2020

[r32]
xeber –

Rusiyada son bir gündə daha 5 504 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 051 874 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 102 nəfər artaraq 18 365-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 868 107 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 698 nəfər.


mənbə :
Report.az

Rusiyada koronavirusa yoluxanlarin sayi 1 050 000-i otdu