İçeriğe geçmek için "Enter"a basın

Salyanda gənc oğlan bıçaqlanıb

11-09-2020

[r32]
xeber –

Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsinin və qıçın kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Yaxınlarının dediyinə görə, o, İsmayıl adlı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Salyanda genc oglan bicaqlanib