[r32]
xeber –
İordaniyanın paytaxtı Ammandan 20 kilometr məsafədə yerləşən Əz-Zarka şəhərində güclü partlayış baş verib.
“Report”un məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Telekanal hadisənin təfərrüatını açıqlamayıb.
Yerli jurnalist Xair əl-Cəbri isə bildirib ki, partlayış sursat anbarında baş verə biər. Hadisənin eləcə də neftayırma müəssisələrindən birində baş verdiyi istisna olunmur.
“Sky News” isə bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub. Partlayışın foto və videoları “Twitter”də yayılıb.
mənbə :
Report.az