[r32]
xeber –
Ermənistanda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 19-a çatıb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti yayıb.
Avqustun 31-dən sentyabrın 10-dək Ermənistanda metanol tərkibli alkoqoldan 46 nəfər zəhərlənib, sentyabrın 10-da daha 1 nəfər ölüb.
Armavir vilayətində 10 nəfər, Yerevanda isə 7 nəfər ölüb, Kotaykda isə zəhərlənənlərin 2-si də ölüb.
Xatırladaq ki, avqustun 31-dən paytaxt Yerevan, eləcə də Armavir və Kotaykda saxta spirtli içkidən zəhərlənmələr qeydə alınır. Hadisələrlə bağlı artıq həbslər də başlayıb.
mənbə :
Report.az