İçeriğe geçmek için "Enter"a basın

"Neftçi"nin əsas komandasının büdcəsi açıqlandı

10-09-2020

[r32]
xeber –

“Neftçi” klubunun bu mövsüm üçün xərcləri 35 faiz azalacaq. 

“Report”un xəbərinə görə, bu barədə “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan “Həmsöhbət” verilişində məlumat verib. 

O bildirib ki, koronavirus pandemiyasının “ağ-qaralar”a də təsiri olub: “Azarkeşlərin əksəriyyətini əsas komanda maraqlandırır. Onun büdcəsi yalnız maaş deyil. Əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Yeni sponsorlar dəvət etsək, Avropa Liqasında növbəti mərhələyə yüksəlsək, əlavə gəlir əldə edə bilərik. Yenə mərhələ keçsək, 4 milyon manata çatacağıq. Bu, ümumi klub büdcəsinin 46 faizini təşkil edib. Bizim klub yalnız əsas komandanın üzərində qurulmayıb”.

Bununla belə, vitse-prezident əsas məqsədlərinin çempionluq olduğunu sözlərinə əlavə edib.


mənbə :
Report.az

"Neftci"nin esas komandasinin budcesi aciqlandi